backend

Göyçayda akkumulyator oğrusu saxlanıldı

Göyçayda akkumulyator oğurlayan şəxs saxlanılıb.

Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə məxsus ümumi dəyəri 560 manat olan 2 ədəd akkulmulyatorun oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbov saxlanılıb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır, oğurluq əməlində digər şəxslərin iştirakının olub-olmamasını müəyyənləşdirmək məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*