Göyçayda başına ot presi düşən kişi öldübackend

Göyçayda başına ot presi düşən kişi öldü

Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib.

1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır./”Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*