Göz quruluğunu aradan necə qaldıraq?backend

Göz quruluğunu aradan necə qaldıraq?

Göz quruluğunun təkcə kompüter qarşısında uzun müddət işləməkdən deyil, həmçinin qida rasionunda yağların çatışmazlığından, yuxu rejiminin pozulmasından və gözyaşı vəzilərinin düzgün işləməməsindən qaynaqlana biləcəyi bildirilir.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Gazeta.ru”ya rusiyalı oftalmoloq, tibb elmləri namizədi Kirill Svetlakov məlumat verib.

“Göz yaşının az ifraz olunmasının əsas səbəbi yorğunluqdur. Kompüterdə uzun müddət işləmək gözlərə mənfi təsir göstərir. Göz quruluğunun ikinci səbəbi isə keyfiyyətsiz və kifayət qədər olmayan yuxudur. Yuxu orqanizmin, o cümlədən görmə orqanlarının bərpası üçün vacibdir. Əgər insan az və ya pis yatırsa, qızarmış və qıcıqlanmış gözlərlə oyanacaq”, – həkim bildirib.

Xəstəliyin inkişafının üçüncü səbəbi balanslaşdırılmamış qidalanma və yağsız pəhrizlərdir.

“Qida rasionunda yağ turşularının çatışmazlığı zamanı gözlərə lazımi maddələr daxil olmur. Bu səbəbdən göz yaşı mayesinin ifrazı zəifləyir ki, bu da quruluğa gətirib çıxarır. Gündəlik menyunuza qoz-fındıq, balıq, avokado və bitki yağları kimi faydalı yağlar əlavə edin”, – deyə həkim qeyd edib.

Bundan əlavə, gözyaşı vəzilərinin funksiyası pozula bilər ki, bu halda xəstə gözlərdə allergik reaksiyalar və iltihabdan şikayət edə bilər.

“Həmçinin qeyd etmək vacibdir ki, göz yaşının çox ifraz olunması da quru göz sindromunun əlaməti ola bilər. Çünki hər hansı qıcıqlandırıcı səbəbə görə göz yaşının tərkibi dəyişir. Bu zaman göz yaşları göz almalarını nazik bir təbəqə ilə örtmək əvəzinə, daha aktiv ifraz olunaraq göz qapaqlarından axır. Vəzilərin fəaliyyətini yoxlamaq üçün oftalmoloqa müraciət etmək lazımdır. Həkim müayinə əsnasında hər hansı pozuntu aşkar edərsə, xüsusi damcılar təyin edəcək”, – mütəxəssis izah edib./oxuaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*