Azərbaycanda vulkan püskürdü – VİDEObackend

Azərbaycanda vulkan püskürdü - VİDEO

Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında aktivlik qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O qeyd edib ki, hazırda vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ərazidə ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.

Bildirilib ki, püskürmə güclü alovlanma ilə müşayiət olunub.

Qeyd edək ki, 26 sentyabr 2026-cı il tarixində Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib. Püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb. Püskürmə ocağının dərinliyi 4 km təşkil edib.

***

Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb.

Bu barədə KONKRET.az -a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*