backend

Gümrüdə avtomobil gömrükxanası işləyəcək

Bu gün Gümrüdə gündəlik 1000-1200 nəqliyyat vasitəsinə xidmət edəcək avtomobil gömrükxanasının rəsmi açılışı olacaq. KONKRET.az bildirir ki, bu barədə jurnalistlərə Ermənistan Dövlət Gəlirlər Komitəsinin rəhbəri David Ananyan məlumat verib.

“Noyabrın sonunda Dövlət Gömrük Komitəsi şimal gömrük məntəqələri – Baqrataşen, Qoqavan və Bavra vasitəsi ilə respublikaya gətirilən nəqliyyat vasitələri üçün gömrük rəsmiləşdirmə prosedurlarının Gümrüyə tam köçürülməsini elan edəcək”, – deyən komitə sədri İrəvanda gömrükxanada növbəlrin azalmasına ümid edib.

Avtomobil idxalçılarının Gümrüdəki 2-3 kilometrə çatan növbələrdən şikayətləri ilə bağlı jurnalistlərin sualına Ananyan bir daha cavab verib ki, növbələrin yaranmasına İrəvan gömrükxanasında “Araratbank”ın yalnız bir filialının vətəndaşlara xidmət etməsi və bəzi çevik insanların növbə alveri səbəb olurdu.

“Gecə gömrükxanaya gəlirlər, növbə tuturlar, səhər isə növbələrini başqalarına satırlar. Bu barədə polisə vaxtında məlumat verdik və problem həll olundu”, – deyən Ananyan qeyd edib ki, Gümrüdə yeni gömrükxana “bir pəncərə” prinsipi ilə xidmət göstərəcək, yəni həm gömrük rəsmiləşdirilməsi, həm də nəqliyyat vasitələrinin qeydiyyatı aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*