Günün ikinci yarısı hava dəyişəcək – Nazirlikdən açıqlamabackend

Günün ikinci yarısı hava dəyişəcək - Nazirlikdən açıqlama

Bu gün günün ikinci yarısından ölkə ərazisində havanın temperaturu bir qədər aşağı enəcək.

KONKRET.AZ bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ötən gün ərzində ölkə ərazisində havanın temperaturu çoxillik norma göstəricisindən 4,5 dərəcə yüksək olub.

U.Tağıyeva qeyd edib ki, sabah havanın temperaturu iqlim norması daxilində tərəddüd edəcək: “Sabah səhər saatlarından başlayaraq, gün ərzində külək zəifləyəcək, günorta saatlarında külək mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Lakin oktyabrın 9-da gündüz saatlarından başlayaraq, Bakıda və Abşeron yarımadasında yenidən külək istiqamətini dəyişib şimal-qərb küləyi ilə əvəzlənəcək və güclənəcək”.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*