“Gürcü xalqının etirazına baxmayaraq, Rusiya arzuolunmaz uçuşunu həyata keçirdi” – Zurabişvilibackend

“Gürcü xalqının etirazına baxmayaraq, Rusiya arzuolunmaz uçuşunu həyata keçirdi" - Zurabişvili

“Gürcü xalqının etirazına baxmayaraq, Rusiya Federasiyası Tbilisiyə arzuolunmaz uçuşunu etdi”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Twitter” səhifəsində yazıb. O, Rusiyanın “Azimut” aviaşirkətinin Moskva-Tbilisi marşrutu üzrə həyata keçirdiyi ilk uçuşa münasibət bildirib.

“Gürcü xalqının etirazına baxmayaraq, Rusiya Tbilisiyə arzuolunmaz uçuşunu həyata keçirdi”, – Zurabişvili qeyd edib.

Qeyd edək ki, Rusiya aviaşirkətinin təyyarəsi Tbilisi beynəlxalq hava limanında eniş edib. Gürcüstanın Birinci Kanalı xəbər verir ki, Moskva-Tbilisi reysini Azimut Hava Yolları həyata keçirib.

Tbilisi hava limanı yaxınlığında Rusiya təyyarəsinin enməsinə qarşı etiraz aksiyası keçirilir.

“Georgia-On-line” xəbər verir ki, Rusiya təyyarəsinin enməsinə etiraz edən aksiya iştirakçıları Tbilisi Beynəlxalq Hava Limanı yaxınlığında yolu bağlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hava limanına bitişik ərazidən bir neçə nəfəri, o cümlədən “Droa” (“Vaxtdır”) siyasi partiyasının lideri Elene Xoştariyanı çıxarıblar. Daha bir neçə nəfər saxlanılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*