Gürcü yepiskopdan merə ultimatum: “Nərimanovun heykəlini götürün!”backend

Gürcü yepiskopdan merə ultimatum: "Nərimanovun heykəlini götürün!"

Keçən bazar günü dini xütbəsi zamanı Marneuli və Xujabın yepiskopu Georgi Çamdeliani əhalisinin əksəriyyətini azərbaycanlılar olan Gürcüstanın Marneuli şəhərində Nəriman Nərimanovun abidəsinin bərpası və təmiri məsələsinə qayıdıb.

KONKRET.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, bu barədə Marneuli Radiosu məlumat yayıb. Abidənin bərpası Marneuli Bələdiyyə Başçısı Zaur Darğalının təşəbbüsü ilə həyata keçirilib. Merin bu təşəbbüsü yerli insalar tərəfindən birmənalı qarşılanmayıb. Nəriman Nərimanov Sovet dövrünün görkəmli Azərbaycan lideri, bolşevik və inqilabçı olub. Məhz bunda görə də, dövlət pulu ilə abidənin bərpası gürcü keşişini qəzəbləndirib.

“Abidənin sökülməsini istəmirik, çünki abidə Azərbaycanındır. Bu cür xainlər bizdə də olub – Fili Maxaradze, Orconikidze, amma biz onların abidələrini sökdük. Onlar sovet repressiya maşınının bir hissəsi idilər, çox insanı güllələmişdilər, sürgünə yollamışdılar. Nəriman Nərimanov isə bizim ərazi bütövlüyümüzün pozulmasına böyük töhfə vermiş bir insandır..

Bələdiyyə başçısı buna necə yol verə bilər? Mən qətiyyətlə bildirirəm ki, adekvat bir müddət veririk ki, onlar qanuna uyğun olaraq bu sovet simvolunu, bu sovet şəxsiyyətinin abidəsini sökməyə başlasınlar! Bələdiyyə başçısı səhvini etiraf etməli və üzr istəməlidir!” – deyə yepiskop xütbəsində hiddətini ifadə edib.

Sonda qeyd edək ki, Marneulidə N.Nərimanovun heykəli 1983-cü ildə ucaldılıb. Həmin vaxtdan abidə üzərində heç bir bərpa işləri aparılmadığından qəzalı və baxımsız vəziyyətdə olub və cəmi bir həftə əvvəl abidənin bərpa edildiyi elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*