Gürcülərin Zəfər Günü ilə bağlı təbriki erməniləri “özündən çıxarıb”.
KONKRET.az xəbər verir ki, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze Zəfər Günü münasibətilə Azərbaycanı və azərbaycanlıları təbrik edib.
Onun bu təbrikini mənfur qonşularımız “həzm edə bilməyib”. Onlar sosial şəbəkələrdə Gürcüstanı və gürcüləri hədəf alaraq, hətta təhdid də edirlər.
“Gürcüstan Milli Muzeyinin direktoru Azərbaycana satılıb. Görkəmli arxeoloq pula təkcə vicdanını deyil, peşəsini də satıb.
Qardaş Gürcüstan buna xüsusi diqqət yetirməlidir, çünki milli muzey direktorunun bu cür “korrupsioner” davranışı nəinki Ermənistan-Gürcüstan münasibətlərinə pis təsir edəcək, hətta Gürcüstanın özü üçün də təhlükəli olacaq.
Əgər bu adam bu gün Azərbaycan puluna deyirsə ki, “erməni”nin Qarabağı Azərbaycanınkıdır, hətta qədim Azərbaycan ərazisidir, o zaman David Qareca kompleksinin həm də “Qədim Azərbaycan məbədlər kompleksi” olduğunu deyəcəyi gün uzaqda deyil”, – deyə erməni mediası böhtan və cəfəngiyatdan ibarət şərh yazıb.
Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidzenin Azərbaycan televiziyasına müsahibəsində dediklərini təqdim edirik:
“Qarabağ tarixi Azərbaycan ərazisidir. Biz də qardaş xalqın sevincinə qoşuluruq. Qələbə günü münasibətilə bütün azərbaycanlıları təbrik edirəm”.
Xuraman Etibarlı,
KONKRET.az
