backend

Gürcüstan bu məsələdə SƏHV EDİB: Tiflisin "qara gün"ü ilə bağlı İLGİNC AÇIQLAMA

Gürcüstanda hökumətin qəbul etdiyi yeni qanun layihəsinə qarşı keçirilən aksiyalar dünyanın diqqət mərkəzindədir. Görünən odur ki, Rusiyanın Cənubi Qafqazdan vaz keçməməyə niyyətli olması və bu məsələdə Qərblə mübarizənin yeni mərhələsinə qədəm qoyması bu dəfə rəsmi Tbilisinin “başında çatlayır”. Eyni zamanda yeni qanunun qəbulu və etirazların baş qaldırması Gürcüstanı Avropa İttifaqına inteqrasiyadan da uzaqlaşdırır. 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev Gürcüstanda qəbul edilən qanun layihəsinin etirazlara səbəb olduğunu bildirib: “Qanun layihəsinə nəzər saldıqda Qərbdən maliyyə alan qurumların, daha doğrusu media subyektləri və QHT-lərin “xarici agent” kimi qiymətləndiriləcəklərini görə bilərik. Təbii ki, bu cür qanun layihəsinin qəbulu hazırda Avropaya inteqrasiya mərhələsində olan Gürcü xalqı tərəfindən qəbul edilə bilməz. Çünki gürcülər Avropa İttifaqının üzvü olmaq üçün tələblər irəli sürürlər. Prinsip etibarilə Rusiyada da belə bir qanun var. Ona görə də, Gürcüstan hökumətinin Kremlin təzyiqi altında yeni qanun layihəsinə müraciət etdiyini demək mümkündür. Təbii ki, proseslərin bu cür cərəyan etməsi və etirazların başlaması Avropaya inteqrasiya mərhələsinə ciddi zərbə vuracaq. Çünki yeni qanun Qərbin dəstəklədiyi media subyektlərinin və QHT-lərin fəaliyyətini məhdudlaşdırır. Avropanın bununla razılaşmayacağı açıq-aydın ortadadır. Aksiyaların Qərbin dəstəyi ilə başladıldığını da söyləmək mümkündür”.

Türkiyə seçim qarşısında... - AKP və CHP arasında ağır rəqabət başladı...

Politoloqun sözlərinə görə, proseslərə rəsmi səviyyədə münasibət sərgilənib: “Məsələn, ABŞ səfirliyi polisin aksiya iştirakçıları ilə şiddətli davranışını və qəbul edilən qanunu Gürcüstan demokratiyası üçün “qara gün” kimi dəyərəndirib. Hətta səfirlik açıq şəkildə qeyd edib ki, bu, Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin ləngiməsinə gətirib çıxaracaq. Görünür, Rusiya yenidən aktivləşib və Cənubi Qafqazdakı təsirlərini qoruyub-saxlamaq üçün fəal mübarizəyə başlayıb”.

Turan Rzayev əlavə edib ki, Gürcü xalqının nəyə icazə verib-verməyəcəyindən daha çox Qərbin atacağı addımlara diqət etmək önəmlidir: “Çünki Qərb aksiyaların keçirilməsini dəstəkləyir və mövcud hakimiyyətdən narazıdır. Gürcüstan prezidenti də etirazlara dəstək verib. Odur ki, artıq hökumətin legitimliyi məsələsi gündəmdədir. Hesab edirəm ki, Gürcüstan tərəfi bir məsələdə səhv edib. Belə ki, Rusiyaya qarşı bu cür radikal mövqe sərgiləmək doğru deyil. Çünki Qərb mövcud şərtlər daxilndə Gürcüstanı Avropa İttifaqına və NATO-ya qəbul etməyəcək. Yəni şimal qonşumuzun daxilində kifayət qədər etnik və siyasi problemlər mövcuddur. Bu problemlər həll ediilmədiyi təqdirdə Avropa İttifaqına qəbulu məsələsi inandırıcı görünmür. Ona görə də, Gürcüstanın Qərb və Rusiya arasında Azərbaycan modelini izləməsinin tərəfdarıyam. Bu, daha doğru yanaşma ola bilər. Eyni zamanda Gürcüstan problemlərini həll etmək istəyirsə, Rusiya ilə dialoqu yenidən başlatmalıdır. Xüsusən də Abxaziya və Osetiya münaqişəsinin həlli Kosova variantı ilə mümkündür. Hətta Gürcüstan mövcud dövlət sistemini dəyişib konfederasiya modelinə keçə, Abxaziya və Osetiya ilə birləşə bilər. Əks təqdirdə bu münaqişələrin həlli çətindir. Bu halda isə Gürcüstanın Avropa İttifaqına üzvülük məsələsi həll olunmayacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*