Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin zəhərlənməsi ehtimalı ilə bağlı EKSPERTİZA TƏYİN ETDİbackend

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin zəhərlənməsi ehtimalı ilə bağlı EKSPERTİZA TƏYİN ETDİ

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin zəhərlənməsi ehtimalı ilə bağlı ekspertiza təyin edib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS Gürcüstan Ədliyyə Nazirliyinin rəhbərinin müavini Beka Dzamaşviliyə istinadən yazır.

Gürcüstanın Ədliyyə Nazirliyi ölkənin eks-prezidenti Mixail Saakaşvilinin zəhərlənməsi ehtimalı ilə bağlı müayinələrin keçirilməsini və onun səhhətinin vəziyyətinin öyrənilməsini tapşırıb.

“Saakaşvilinin özü açıqlama verib ki, onun heç vaxt zəhərlənmə şübhəsi olmayıb. Şübhələri tamamilə aradan qaldırmaq üçün biz ekspertiza təyin etdik. Onun nəticələrindən sonra əlavə şərhlər vermək mümkün olacaq”, – deyə o vurğulayıb.

Xatırladaq ki, noyabrın 19-da Saakaşvilinin vəkili Valeri Qelbaxiani və anası ölkənin eks-prezidentinin ağır metallarla, o cümlədən civə ilə zəhərlənməsi ehtimalı barədə məlumat veriblər. Bundan əvvəl həkimlər Saakaşviliyə 30-dan çox diaqnoz, o cümlədən demensiya və vərəm diaqnozu qoyublar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*