Gürcüstan iqtisadiyyatı keçən il 6,1 faiz azaldıbackend

Gürcüstan iqtisadiyyatı keçən il 6,1 faiz azaldı

İlkin hesablamalara görə, Gürcüstan iqtisadiyyatı 2020-ci ildə 6,1 faiz azalıb. Bu da ilin əvvəlində nəzərdə tutulduğundan xeyli çox olub.

KONKRET.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, iqtisadiyyatda geriləmə dekabr ayında daha çox olub və 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz təşkil edib.

Ölkə iqtisadiyyatında azalma noyabr ayında 7,7 faiz, oktyabra 3,9 faiz, sentyabrda 0,7 faiz, avqustda 5,3 faiz, iyulda 5,5 faiz, iyunda 7,7 faiz, mayda 13,5 faiz, apreldə isə 16,6 faiz olub.

2020-ci ildə ən çox geriləmə tikinti, əyləncə və istirahət, istehsal sənayesində, nəqliyyat və saxlanma xidməti, pərakəndə və topdan satış, avtomobil təmiri sahələrində olub. Az-çox artım istirahətin təşkili, informasiya və kommunikasiya, dağ-mədən sənayesində qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*