Gürcüstanda 15 yaşlı azərbaycanlı qız qaçırıldı, sonra da…backend

Gürcüstanda 15 yaşlı azərbaycanlı qız qaçırıldı, sonra da...

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Tüllər kəndində 15 yaşlı qız qaçırılıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari arxi” televiziya kanalı məlumat yayıb.

Yeniyetməni özündən kiçik qardaşı ilə səhər məktəbə gedərkən 18 yaşlı oğlan evlənmək məqsədilə zorla qaçırıb.

Hadisə böyük narazılıq doğurandan sonra oğlanın yaxınları qızı ailəsinə qaytarıb. Qızın ailə üzvləri oğlanın həbsini tələb edirlər.

Yeniyetmə qızın psixoloji travma aldığı bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*