Gürcüstanda Aİ bayrağına görə SİYASİ QALMAQAL – FOTObackend

Gürcüstanda Aİ bayrağına görə SİYASİ QALMAQAL - FOTO

Müstəqillik Günü üçün Gürcüstan parlamentinin binasının fasadında Aİ bayrağı yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.

Bildirilir ki, mayın 26-da Gürcüstanın Müstəqillik Günündə parlament binasında Aİ-nin böyük bayrağı asılmayacaq.

Bu fakt bəzi müxalifətçilərin və sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Ölkə hökuməti bunu bayramın əsas şüarının dəyişdirilməsi ilə izah edib.

Keçən il Gürcüstanın Müstəqillik Gününün mesajı “Avropaya doğru” idi, buna görə də binanın üzərində Aİ bayrağı asılmışdı.

“2016-cı ildən etibarən hər il bu gün əlavə bir mövzu əldə edir, onun ətrafında kampaniya, şüar və şəhərin bəzəyi qurulur. Bu ilki 26 May mesajı “Azadlıq eşqi naminə”dir. Paytaxtın və bütün Gürcüstanın görkəmi milli rəmzlərlə bəzədilib”, – hökumətin bəyanatında deyilir.

Sosial şəbəkə istifadəçiləri isə Gürcüstanın Müstəqillik Günündə Aİ bayrağının olmamasını hökumətin xarici siyasətindəki dəyişikliklə əlaqələndiriblər.

Müxalifət tərəfdarlarını Avropa İttifaqının bayraqları ilə aksiyalara getməyə çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*