Yanvarın sonu, fevralın əvvəlində Gürcüstanda “donuz qripi” (AH1N1) virusunun yeni dalğası gözlənilir.
KONKRET.AZ xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı yerli həkimlərə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, hazırda ölkədə vəziyyət stabildir: “Dekabrla müqayisədə hazırda ölkədə vəziyyət stabildir və virusun yüksəlmə tendensiyası müşahidə edilmir. Amma biz qripin ikinci dalğasını gözləyirik. Bu, adətən yanvarın sonu, fevralın əvvəli baş verir”.