Gürcüstanda DTX rəisi istefa verdibackend

Gürcüstanda DTX rəisi istefa verdi

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qeka Geladze vəzifəsindən istefa vermək qərarına gəlib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, o bildirib ki, qərar siyasi komanda ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib. Bununla belə, Geladze dövlət qulluğunda fəaliyyətini davam etdirəcək və başqa dövlət qurumunda çalışacaq.

“Gürcüstan DTX-nin rəisi vəzifəsini tərk etmək qərarına gəldim. Bu vəzifədə çalışmaq mənim üçün böyük məsuliyyət və ölkəmizə xidmət etmək imkanı idi”, – deyə Geladze bildirib.

DTX rəisi həmçinin həmkarlarına birgə fəaliyyətə görə təşəkkür edib və yeni vəzifəsində də dövlətə xidmətini davam etdirəcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*