Gürcüstanda yaşıl rəngli küçük doğuldu – FOTO/VİDEObackend

Gürcüstanda yaşıl rəngli küçük doğuldu - FOTO/VİDEO

Gürcüstanın Axaltsixe şəhəri yaxınlığındakı kənddə yaşıl küçük dünyaya gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə kadrları 360 TV yayımlayıb.

Yeni il ərəfəsində dünyaya gələn balaya “Qrinç” ləqəbi verilib. Sahibi Mesarkişvilinin sözlərinə görə, yerli zooparkın nümayəndələri artıq onunla əlaqə yaradıblar, ancaq o, itini vermək fikrində deyil.

“Qrinç”lə birlikdə daha yeddi bala dünyaya gəlib.

Qeyd edilir ki, xəzin yaşıl rəngi itin plasentasında biliverdinin yüksək piqment tərkibi ilə əlaqədardır. İtlərdə bu rəng çox nadir hallarda olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*