İstanbulda 1 May gərginliyi: Yüzlərlə saxlanılan varbackend

İstanbulda 1 May gərginliyi: Yüzlərlə saxlanılan var

İstanbul şəhərində 1 May Əmək və Həmrəylik Günü münasibətilə nümatyiş cəhdləri zamanı polislə toqquşma olub.

KONKRET.az Cumhuriyet-ə istinadla xəbər verir ki, şəhərin Şişli və Mecidiyeköy ərazilərində gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunub.

Mecidiyeköydə yürüş keçirmək istəyən qruplara polis müdaxilə edib. Müdaxilə zamanı gözyaşardıcı qazdan istifadə olunub. Bundan başqa, əraziyə xüsusi texnika (TOMA) cəlb edilib.

Hazırda saxlanılanların sayı 366 nəfərdir.

Taksim istiqamətində aparan bir çox küçə və prospektlər, o cümlədən əsas arteriyalar bağlanıb. Bölgədə yaşayan və işləyən vətəndaşlar hərəkətdə çətinliklərlə üzləşib.

Buna baxmayaraq, bəzi qruplar Taksimə yürüş etmək istəklərini davam etdirib və müxtəlif ərazilərdə toplaşaraq şüarlar səsləndiriblər. Aksiya iştirakçılarının əsas tələbi Taksim Meydanının mitinqlər üçün açılması olub. Etirazçılar bildiriblər ki, Taksim işçi hərəkatı üçün simvolik məkan sayılır və burada toplaşmaq onların hüququdur.

Bununla yanaşı, aksiya iştirakçıları əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması və işçi hüquqlarının qorunması kimi sosial-iqtisadi tələblər də irəli sürüblər./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*