Azərbaycan və İran XİN başçıları telefonla danışdıbackend

Azərbaycan və İran XİN başçıları telefonla danışdı

Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Nazirlər Yaxın Şərqdəki cari vəziyyəti müzakirə ediblər.

Qeyd edilib ki, A.Əraqçi həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanla da telefon danışığı aparıb.

O, Yaxın Şərqin bir sıra ölkələrinin – Misir, Qətər, Səudiyyə Ərəbistanı və İraqın XİN başçıları ilə də telefon danışıqları baş tutub.

Məlumata görə, bu əlaqələr çərçivəsində Əraqçi həmkarlarına İranın ABŞ və İsrail tərəfindən ölkəsinə qarşı hərbi əməliyyatların dayandırılmasına yönəlmiş son mövqeləri və təşəbbüsləri barədə məlumat verib.

***

Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.

Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.

Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*