Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalırbackend

Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalır

Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərkən deyib.

H.Hacıyev bildirib ki, 1,5 milyondan çox mina bu ərazilərə yerləşdirilib:

“Bu, Azərbaycan ərazisinin təxminən 12-13 faizini əhatə edir. Təəssüf ki, bəzi ərazilərə mina təhlükəsinə görə giriş mümkün deyil”.

Prezidentin köməkçisi həmçinin itkin düşmüş şəxslər probleminin hələ də açıq qaldığını diqqətə çatdırıb:

“Biz hələ də 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı cavab ala bilməmişik. Kütləvi məzarlıqları və şahidləri axtarmağa davam edirik”.

Hikmət Hacıyev bu məsələ ilə bağlı Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinə də müraciət etdiyini vurğulayıb:

“Mən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən dəstək istəmişəm ki, 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən ailələr müəyyən məlumat əldə edə bilsinlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*