Barselona Universitetinin alimləri Qahirə yaxınlığında tapılan Qədim Roma dövrünə aid mumyanın qarnından Homerin “İliada” əsərinin “Gəmi kataloqu” hissəsindən parçalar çıxdığını bildiriblər.
KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, bu tarixdə bir ilkdir: Mumiyanın qarnından dini mətnlər əvəzinə, ədəbi əsərdən hissələr çıxır.
Mütəxəssislər bildirir ki, bu tapıntı mumyalama ənənələri haqqında mövcud fikirləri dəyişə bilər. Alimlər hələlik bu addımın dini məqsəd daşıyıb-daşımadığını və ya mumyalayan şəxsin fərdi “imzası” olub-olmadığını araşdırır.
Bundan əlavə, ərazidə aparılan qazıntılarda dilin altında qızıl və mis olan mumyalar da aşkarlanıb.
