Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı göstəriləcəkbackend

Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı göstəriləcək

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin maliyyə dəstəyi ilə ölkədə ərzaq yardımı kampaniyası keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, sabahdan start götürəcək kampaniya Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

Yardım kampaniyası çərçivəsində ümumilkdə 1000 ailəyə ərzaq məhsulları təqdim olunacaq. Qida məhsullarının Tbilisi şəhəri, azərbaycanlıların sıx yaşadıqları Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə paylanılması mərhələli şəkildə həyata keçiriləcək.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*