“Müəyyən qüvvələr Gürcüstanı müharibəyə sürükləməyə çalışır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili deyib.
O qeyd edib ki, bu məsələ indi də aktualdır. Hakim partiya böyük çətinliklərə baxmayaraq prinsipial mövqe tutaraq müharibə təhlükəsinin birinci mərhələsini dəf edib.
Bidzina İvanişvili qeyd edib ki, Ukraynada müharibə bitənə qədər Gürcüstan üçün müəyyən risklər qalacaq. Hökumət və ictimaiyyət son dərəcə diqqətli olmalıdır ki, Gürcüstan ölümcül müharibədən qaça bilsin.
Keçmiş baş nazir bildirib ki, Ukraynada müharibə başlayandan sonra ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanla görüşüb. O qeyd edib ki, martın 21-də səfirin xahişi ilə keçirilən görüş 3 saata yaxın davam edib.
Qeyd edək ki, ABŞ səfiri Kelli Deqnan bundan əvvəl Bidzina İvanişvili ilə görüşlə bağlı mediada yer alan məlumatları təkzib etmişdi.
Müşviq Tofiqoğlu,
KONKRET.az
