“Gürcüstan sülhə məcbur etdik”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezidenti Dmitri Medvedev telegram kanalında paylaşım edib.
O, paylaşımında 2008-ci ildə Gürcüstanı niyə “sülhə məcbur etdiyini” açıqlayıb.
“2008-ci ilin avqustunda Gürcüstanı sülhə məcbur edən hərəkətlər vətəndaşların müdafiəsi üçün atılıb. Eyni zamanda, bu, ABŞ və NATO görə Rusiyanın narahatlığına diqqət yetirmək üçün bir siqnal idi. Lakin ABŞ və NATO eşitmədi və anlamadı. Məhəl qoymadı. Onların son dərəcə təhlükəli kursunu davam etdirdilər. 2022-ci ildə biz daha sərt cavab verməli olduq”, – deyə Medvedev yazıb.
Medvedev vurğulayıb ki, Rusiya ordusunun Cənubi Osetiya ərazisinə gətirilməsini düzgün qərar hesab edir.
“Rusiya bu münaqişəyə müdaxilə etməyə bilməzdi. Söhbət həm Abxaziyada, həm də Cənubi Osetiyada yaşayan ölkəmizin vətəndaşlarını qorumaqdan gedirdi. Onları Saakaşvilinin təcavüzündən qorumaqla biz əsas məsələni – sülhü əldə etdik. Ona görə də mövzu ilə bağlı fantaziyaları mənasız sayırıq. Eyni şey Krıma da aiddir”, -deyə Kremlin keçmiş rəhbəri əlavə edib.
Bu yaxınlarda Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanı ərazisini ilhaq etməkdə ittiham edib.
Xuraman Etibarlı,
KONKRET.az
