Gürcüstanın baş naziri sabah Azərbaycana gəlirbackend

Gürcüstanın baş naziri sabah Azərbaycana gəlir

Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək.

KONKRET.AZ xəbər verir ki, Azərbaycana səfər G.Qaxarianın baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.

Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, G.Qaxaria bu ilin sentyabrın 8-də qonşu ölkənin baş naziri təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*