Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət aldıbackend

Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət aldı

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Əliyeva Qətibə Həmd qızı, Ağcabədi rayon sakinləri, 1995-ci il təvəllüdlü Musayeva Günel Təşkilat qızı, onun oğlu, 2021-ci il təvəllüdlü Musayev Nurlan Şamil oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.“Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*