Hakerlər NATO-nun bir neçə saytına hücum ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
Bildirilib ki, kibertəhlükəsizlik mütəxəssisləri baş verənləri araşdırır.
Qeyd olunub ki, NATO Xüsusi Əməliyyat Qüvvələrinin Baş Qərargahının internet saytı da hücuma məruz qalıb.
Ağentlik hücumun rusiyayönümlü “Killnet” haker qrupu tərəfindən həyata keçirildiyi barədə məlumat yayıb.
İqbal Rzayev,
KONKRET.az
