Hakimi təhqir edən menecerə AĞIR CƏZA – FOTObackend

Hakimi təhqir edən menecerə AĞIR CƏZA - FOTO

AFFA İntizam Komitəsi “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlını üçü şərti olmaqla beş oyunluq cəzalandırıb.

KONKRET.az-ın məlumatına görə, buna bölgə təmsilçisi rəsmisinin “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri təhqir etməsi səbəb olub.

“Qırmızı-qaralar” 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. “Qəbələ”nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*