“Hakimiyyət uğrunda mübarizədə heç kimlə əməkdaşlığa getməyəcəyik” – FOTObackend

"Hakimiyyət uğrunda mübarizədə heç kimlə əməkdaşlığa getməyəcəyik" - FOTO

Konkret.az xəbər verir ki, Ermənistanda keçən ilki “məxməri inqilab”dan təxminən il yarım sonra Baş nazir Nikol Paşinyanı onlayn canlı yayımlarda və bəzən ictimai tədbirlərdə tənqid edən müxalifət nümayəndələri artıq yenilənməyə üstünlük verib. Siyasi hakimiyyətə gəlmək iddiasını ortaya qoyan “Adekvat” ictima təşkilatı partiya yaradaraq özünün təsis konfransını keçirib. Artur Danielyan partiyanın rəhbəri seçilib. Yeni siyasi qüvvənin rəhbəri mediaya açıqlamasında keçmiş prezident Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfiri Mixail Minasyanın “müxalifət lideri vəzifəsinə ən yaxşı namizəd” olduğunu söyləyib.

Artur Danielyan onu da qeyd edib ki, Adekvat Partiyası hazırda heç bir siyasi qüvvə ilə əməkdaşlıq etməyəcək.

“Konkret” Beynəlxalq Araşdırmalar Qrupu hesab edir ki, müxalifət düşərgəsi hələ ki, yekcins deyil. Sabiq prezident Robert Koçaryanın tərəfdarları ayrı bir qanad yaradıb. Ümid var ki, siyasi liderləri tezliklə sərbəst buraxıla bilər. Artıq onun müəyyən dəstəyi var. Belə qruplar İrəvanın müxtəlif bölgələrində və rayonlarında yaradılır. Bunlar əsasən Robert Koçaryanın müxtəlif yollarla, o cümlədən maliyyə dəstəyi ilə cəlb etdiyi gənclərdir.

Müxalifət liderlərinin güclü media qaynaqları var – televiziya, xəbər saytları və radio.

Müxalifət düşərgəsində dərin, lakin çox vaxt gözdən yayınan, amma vacib proseslər gedir. Əsas oyunçular hazırda təşkilati iş görürlər və tezliklə liderlərin müxalifətçilik və təbliğat prosesi başlayacaq. Nikolay Paşinyanın hazırkı güclü siyasi mövqeyini sarsıda biləcəklərmi, siyasi gücə çevriləcəklərmi? Bunu zaman göstərəcək.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*