Hamilə qadınlara aylıq min dollar VERİLƏCƏKbackend

Hamilə qadınlara aylıq min dollar VERİLƏCƏK

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində körpələr arasında ölüm nisbətini azaltmaq üçün hamilə qadınlara ayda min dollar veriləcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Filadelfiya Xalq Sağlamlığı Departamenti məlumat yayıb.

Bildirilib ki, “Philly Joy Bank” adlı pilot proqramı çərçivəsində Filadelfiyanın seçilmiş bölgələrində yaşayan 250 hamilə qadına bu məbləğ ödəniləcək.

Qeyd olunub ki, müntəzəm aylıq ödənişi əldə etmək üçün hamilə qadınlar illik 100 min dollardan az ailə gəlirinə malik olmalıdırlar.

Məlumata görə, 1000 dollarlıq nağd ödəniş doğuşdan sonrakı dövr də daxil olmaqla ümumilikdə 18 ay veriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*