“Mən əbədi deyiləm. Amma siz ilk prezidenti məhv etsəniz, qonşu ölkələrdə olduğu kimi, hamını məhv edəcəksiniz. Belaruslar bunu etməməlidirlər”,
“Sputnik Belarus”un yazdığına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko söyləyib.
Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticəsinə görə, Prezident Aleksandr Lukaşenko 6-cı dəfə Prezident seçilib.
Bundan sonra ölkədə vəziyyət qarışmağa başıayıb və ölkədə dinc etirazlar meydana gəlib. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.
