“Hansı dövlət rəhbərinə xoş olar ki, generalı, əsgəri şəhid olsun” – Gülşən Behbudbackend

"Hansı dövlət rəhbərinə xoş olar ki, generalı, əsgəri şəhid olsun" - Gülşən Behbud

Gülşən Behbud, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyi

Biz Birlikdə güclüyük!

Xalq Prezidentinin yanında olmalıdır! Güvənməklə, inamla əldə edilir Zəfər, qələbə!

Şəhid bacısı olaraq, Qarabag həsrətini, dərdini çəkən birisi olaraq deyirəm ki, hər şeyə kiçik deyil, böyük prizmadan yanaşmaq lazımdır. Düşmənlərimiz böyük, hiylələri təhlükəlidir!

Tariximiz hər zaman qaranlıq olub. Çünki aydınlarına, ağıllılarına şübhə ilə baxılıb. Tarixə nəzər salsaq, görərik ki, hər şey o qədər də asan deyil. 10 milyonluq kiçik bir dövlətik. Hansı ki, indi əməkdaşlıq etdiyimiz, ayaqlaşmağa çalışdıgımız böyük dövlətlərin bir şəhəri boydayıq. Hansı dövlət rəhbərinə xoş olar ki, generalı, əsgəri şəhid olsun. Biz 1990-94-cü  illərin gəncləriyik. Tələbəliyimiz mitinqlərdə keçib. Gördüklərimiz, yaşadıqlarımız bizə söz deməyə, nəticə çıxarmağa imkan verir.

Suriya, İraq, Misir hadisələri uzaq tarix deyil. Bir yanlışımız, daxili düşmənlərimizin hiyləsi Azərbaycanı da o vəziyyətə sala bilər…

Ayıq, səbirli, bir az da düşünərək addım atmaq lazımdır. Prezidentimizə dəstək olmalıyıq, o, gücünü xalqdan alır, xalqa arxalanır. Hiylələrə, təxribatlara uymaq düşmən dəyirmanına su tökməkdir. Xalq Prezidentinə inanır və güvənir!

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*