“Nikol Paşinyanın olduğu yerdə Ermənistan üçün əldən verilmiş şanslar var”.
KONKRET.az xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında “Şərəfim var” fraksiyasının üzvü Anna Mkrtçyan deyib. O bildirib ki, Ermənistanın nümayəndəsi və maraqlarının müdafiəçisi olmasa, heç bir format, heç bir görüş ermənilərin xeyrinə ola bilməz.
“Nikol Paşinyanın olduğu yerdə Ermənistan üçün əldən verilmiş şanslar var. Ən pis halda isə sadəcə olaraq Ermənistana qarşı fəaliyyətdir. Çünki bu şəxs Azərbaycanın dondurulmuş tezislərini danışıqlar masasına qaytarıb, hansı ki, o tezisləri 30 ildir Ermənistan sadəcə olaraq neytrallaşdırmışdı”, – Mkrtçyan qeyd edib.
Qaeyd edək ki, Anna Mkrtçyan da daxil olmaqla “Şərəfim var” fraksiyası Azərbaycanla sülh müqaviləsinin imzalanmasının əleyhinədir və bir neçə gündür İrəvanda etiraz aksiyası keçirir.
Xuraman Etibarlı,
KONKRET.az
