Hatayda kütləvi məzarlıq salındı – VİDEObackend

Hatayda kütləvi məzarlıq salındı - VİDEO

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı durmadan artır. Təbii fəlakət nəticəsində ölənlərin sayı 16 mini ötüb.

KONKRET.az “T24” portalına istinadən xəbər verir ki, zəlzələdən əziyyət çəkən Hatay vilayətinin İskenderun bölgəsində həlak olanlar üçün kütləvi məzarlıq salınıb.

Ölkə mediasında yayılan görüntülərdən həlak olanların bəzilərinin artıq dəfn olunduğu bildirilir.

Xatırladaq ki, Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyinin (AFAD) yaydığı məlumata görə, zəlzələdə həyatını itirən və şəxsiyyəti müəyyən edilə bilməyənlərin cənazələri 24 saatlıq gözləmə müddətindən sonra DNT, barmaq izi nümunələri və fotoları çəkilərək dini öhdəliklərə uyğun olaraq dəfn olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*