Hatayda zəlzələ oldubackend

Hatayda zəlzələ oldu

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 10:20-də baş verib.

Yerin 11 kilometr dərinliyində baş verən zəlzələ ətraf ərazilərdə də hiss olunub. Zəlzələnin fəsadlarını araşdırmaq üçün qruplar işə başlayıb.

Kandilli Rəsədxanası isə zəlzələnin maqnitudasının 4,8 olduğunu açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*