Hava limanında 4 milyon dollarlıq QARƏTbackend

Hava limanında 4 milyon dollarlıq QARƏT

Moskvanın “Domodedovo” hava limanında silahlı şəxslər iki nəfərin 4 milyon dollarını oğurlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

“Domodedovo” hava limanında avtomatlarla silahlanmış naməlum şəxslər çıxışlardan birinə yaxınlaşıb və orada iki nəfərin içərisində 4 milyon dollar nağd pul olan çantalarını oğurlayıb”, – məlumatda bildirib.

Qeyd olunub ki, həmin şəxslər “Lexus” və “Toyota Land Cruiser” markalı iki avtomobili də qaçırıb. Avtomobillər daha sonra polis tərəfindən tapılıb.

Hadisəni törədənlərin axtarışı davam edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*