Həbsdə olan şəxsin evində narkotik AŞKARLANDIbackend

Həbsdə olan şəxsin evində narkotik AŞKARLANDI

Bakıda həbsdə olan şəxsin evində narkotik aşkarlanıb.

Bu barədə KONKRET.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumata verilib.

Bildirilib ki, Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Binəqədi Rayon Polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları ilə birgə növbəti əməliyyat tədbirləri zamanı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilən şəxs Şəhriyar Cavid oğlu Abbasovun Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən evində baxış keçirilib. Baxış zaman orada gizlədilən ümumi çəkisi 500 qram olan narkotik vasitə – marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*