Həbsxana rəisi öz avtomobilində güllələndi – FOTOLARbackend

Həbsxana rəisi öz avtomobilində güllələndi - FOTOLAR

Cinayətkar şəbəkənin tələblərini yerinə yetirməyən həbsxana rəisinə silahla hücum edilib.

KONKRET.az xəbər verir ki, Kolumbiyada həbsxana müdiri şəxsi avtomobilində güllələnib.

Paytaxt Boqotadakı La Modelo həbsxanasının direktoru Elmer Fernandes 80-ci küçədə motosikletli insanlar tərəfindən öldürülüb. Bədəninə çoxlu güllə dəyən Fernandes hadisə yerində dünyasını dəyişib.

Prezident Gustavo Petro X hesabına hücumu pisləyib və şübhəlilərin dərhal həbs edilməsini əmr edib.

Fernandezin ailəsinə başsağlığı verən Petro “Təhlükəsizlik şurası fövqəladə iclas keçirəcək. Fernandez vəhşicəsinə öldürüldü. Bütün həbsxanalarda yeni tədbirlərin görülməsi üçün lazımi göstərişləri verdim” deyib.

Yerli mətbuatın məlumatına görə, həbsxana müdiri Fernandezin bir müddət əvvəl bandaların tələblərini yerinə yetirmədiyi üçün ölümlə hədələdiyi üzə çıxıb.

Müxalifət partiyalarının verdiyi açıqlamada Fernandezin qətli pislənilib və hökumətdən həbsxana müdirlərinin təhlükəsizliyinin təmin edilməsi istənilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*