Şri-Lankanın Polonnaruva şəhərindəki Kandakadu həbsxanasının reabilitasiya mərkəzindən 100 məhbus qaçıb.
KONKRET.az xəbər verir ki, bu bardə “The Daily Mirror” nəşri polisə istinadən məlumat yayıb.
Bildirilib ki, qaçışdan əvvəl mərkəzdə olan iki məhbus qrupu arasında münaqişə baş verib və bu, iğtişaşa çevrilib.
Məhbuslar əsgərlərə və ərzaq anbarına hücum etmək istəsələr də, onların bu cəhdi mühafizəçilər tərəfindən dəf edilib. Qarşıdurma zamanı bir əsgər və bir məhbus yaralanıb.
Polisin məlumatına görə, vəziyyətdən istifadə edərək, orada saxlanılan 500 məhbusdan 100-ü müalicə və reabilitasiya mərkəzindən qaçıb. Onların bəziləri saxlanılıb, digərlərinin axtarışları davam etdirilir.
İqbal Rzayev,
KONKRET.az
