Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi? – VACİB AÇIQLAMAbackend

Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi? - VACİB AÇIQLAMA

Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır. Bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir.

Bəs rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?

Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirov KONKRET.az-a açıqlamasında bildirib ki, həmin şəxslərə vaxt çatdıqda yaşa görə müavinət müəyyən olunur:

Avropadan Bakıya ölüm cəzası ilə bağlı çağırış - o protokolu niyə imzalamırıq?

“Yəni, əmək müqaviləsi üzrə fəaliyyət göstərməyən və eyni zamanda pensiya kapitalına sahib olmayan şəxslər müəyyən yaşa çatdıqdan sonra, onlara müavinət verilir. Bu müavinət 250 manat civarında olmalıdır. Müavinətin məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Bu müavinət ömürlərinin sonlarına kimi onlara ödənilir.“

Hüquqşünas qeyd edir ki, 2006-cı ildən 2018-ci ilə kimi ən azı bir gün sığorta stajı olanlara 25 il sığorta stajı hədiyyə olunur. Beləliklə, onlara minimum həcmdə əmək pensiyası təyin edilir.

Aynurə İsmayıl

KONKRET.az

  • Bəhram Qaffarov
    Aprel 11, 2025 - 01:12

    Aynurə xanım.Salam.Mənim əmək kitabçamda 27 il,ancaq faktiki 24 il 7ay stagım var.Mənə belə dedilər və 220m. müavinət təyin etdilər.Bu nə dərəcədə düzgündür.Heç işləməyənə də,mənədə eyni miqdar.Xəyal Bəşirova deyin ki,hansı ədalətdən danışırlar.Ölkəmizdə heç bir sahədə ədalət yoxdur.Sağ olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*