Həcc ziyarətində zəvvarlar üçün yeni QAYDALARbackend

Həcc ziyarətində zəvvarlar üçün yeni QAYDALAR

İkiillik COVID-19 pandemiyasından sonra əcnəbi zəvvarları qəbul edən Səudiyyə Ərəbistanı Həcc ziyarətində yeni qaydaları açıqlayıb.

KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcərül Əsvəd (Qara daş) ilə Kəbə qapısı arasındakı “mültəzəm” və ya “İbrahim məqamı” deyilən yerdə baryerlər qoyulur.

Bu səbəbdən, əvvəllər Kəbənin divarlarına sifətlərini toxunduraraq dua edən zəvvarlar bunu edə bilməyəcək. Yeni qaydaların gigiyenik tədbirlər çərçivəsində qoyulduğu bildirilib.

Səudiyyə Ərəbistanı artıq iyulun 7-dən 12-dək keçiriləcək Həcc ziyarətində iştirak edəcək zəvvarları qəbul edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*