Helikopter qəzaya uğradı: Ölənlər varbackend

Helikopter qəzaya uğradı: Ölənlər var

ABŞ-da təcili yardım helikopteri qəzaya uğrayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Alabama ştatında baş verən qəzada 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, Birmingem əyalətində bir şəxsin səhhətində yaranan problem səbəbindən bölgəyə təcili yardım helikopteri göndərilib.

Lakin “Eurocopter EC130” tipli helikopter 3 nəfərlik ekipajı ilə Şelbi dairəsi yaxınlığında qəzaya uğrayıb.

Qəza ilə bağlı qaynar xəttə zəng edən polis vertolyotda olan 3 personaldan birinin hadisə yerindəcə dünyasını dəyişdiyini bildirib. Xəstəxanaya aparılan ikinci yaralının da həkim müdaxiləsinə rəğmən həyatını xilas etmək mümkün olmayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*