HƏMAS lideri Moskvaya səfər edəcəkbackend

HƏMAS lideri Moskvaya səfər edəcək

Fələstinin “İslam Müqavimət Hərəkatı” (HƏMAS) Siyasi Bürosunun başçısı İsmayıl Haniyə Rusiyaya səfər edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məlumatı HƏMAS rəhbərliyinin nümayəndəsi Salah əl-Aruri yayıb.

Məlumata görə, İ.Haniyə hazırda Livanın paytaxtı Beyrutda səfərdədir. Onun burada bir neçə gün qalacağı gözlənilir. HƏMAS lideri başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Beyrutdan Rusiyaya səfərə yollanacaq.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi bu ilin mayında İ.Haniyənin iyunda Moskvaya səfər edəcəyini bildirmişdi.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*