backend

"Həmin şəxslər dərhal Azərbaycandan deportasiya edilməlidir" - VİDEO

Sabiq millət vəkili Aydın Mizəzadə bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip çəkdirdiyi barədə yayılan görüntüyə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, sabiq deputat azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməz hesab edir:

“Hesab edirəm ki, bu məsləyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deportasiya edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılımalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip çəkdirdiyi barədə görüntülər yayılıb.

Maraqlıdır ki, Şəhidlər Xiyabanını qoruyan mühafizə xidməti nə üçün bu çəkilişə mane olmayıb?

Sezonla vətənpərvər olub, şəhid qədiri bilənlər. Hindistanlılar gəlib ağzımızın içində, Şəhidlər Xiyabanında gic-gic klip çəkib şəhidimizi təhqir edirlər. Bizsə oturub fotoşopla Generalla "erməni" şəkili düzəldirik, ay nə bilim Xəzərdə təhdid gopologiyası tirajlayırıq. Özünü unutmuş mənim biçarə xalqım.Qürur və şərəf məktəbimiz, mənbəyimiz olan Şəhidlər xiyabanındakı "mühafizə" xidmətinin fəaliyyətinə baxın da. Deməli hər kəs gəlib orda ürəyi istədiyi hoqqanı çıxardıb, çox rahat şəkildə istədiyini edə bilər də.Siz bundan danışın eeee saxta patriot yığını.#şəhidim təhqir olunub!!!

Gepostet von Sarvan Mubarizoglu am Donnerstag, 9. Januar 2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*