Həmyerlimiz Ukraynada nazir müavini TƏYİN EDİLDİ – Atası bu tanınmış şəxsdirbackend

Həmyerlimiz Ukraynada nazir müavini TƏYİN EDİLDİ - Atası bu tanınmış şəxsdir

Ukraynada azərbaycanlı energetika nazirinin müavini təyin olunub.

KONKRET.az xəbər verir ki, bu posta Fərid Kamil oğlu Səfərov gətirilib.

O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Nəqliyyat və poçt xidmətləri üzrə rəqəmsal infrastruktur departamentinin baş direktoru işləyib.

Qeyd edək ki, F.Səfərov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, 1991-ci il sentyabrın 20-də Kiyevdə anadan olub. 2014-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində “Beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. 2015-ci ildə Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetində “Beynəlxalq biznes ixtisasına yiyələnib. F.Səfərov hazırda T.Şevçenko adına Milli Universitetinin Kiyev Beynəlxalq Əlaqələr İnstitutunun elmi işçisi və aspirantıdır.

O, Azərbaycan, Ukrayna, ingilis, alman, rus və türk dillərini bilir. F.Səfərov həmçinin Azərbaycanın Ukraynadakı diplomatik korpusunda işləmiş Kamil Səfərovun oğludur./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*