Kaluqa vilayətinin Daxili İşlər Nazirliyi azərbaycanlı müstəntiq Azər Sadıqovu təltif edib.
KONKRET.az xəbər verir ki, o, yaşlı qadına hücum edən cinayətkarı zərərsizləşdirib. Belə ki, axşam saatlarında Azər Sadıqov bir qadının fəryad səslərini eşidib.
Azərbaycanlı polis özünü hadisə yerinə çatdıra bilib. Məlum olub ki, bir kişi qadına hücum edərək onu soymağa çalışırmış.
Polisin müdaxiləsini görən cani qaçmağa cəhd edib. Azər Sadıqov əlində çanta ilə qaçan kişini son anda yaxalayıb.
Xatırladaq ki, yerli qanunvericiliyə görə, soyğunçuluq edəni 10 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, həmyerlimizin bu qəhrəmanlığı Rusiyada əks-səda doğurub.

Rəsmiyyə Şərifova,
KONKRET.az
