Hərbçimiz bu gün şəhid oldu – Vida mərasimində nazir də iştirak etdi – FOTOLARbackend

Hərbçimiz bu gün şəhid oldu - Vida mərasimində nazir də iştirak etdi - FOTOLAR

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, o, bu gün şəhidlik zirvəzinə ucalıb.

KONKRET.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

  • Mammadaqa Məmmədəli oğlu Şiriyev
    Yanvar 21, 2021 - 18:24

    Allah Şəhidimizə rəhmət eləsin! Cənab Nazirimizin öz müavinləri və digər yüksək rütbəli rəhbərliklə mərasimdə iştirak etməsi çox əlamətdar haldır. Bunu biz veteranlar Vətən uğrunda canından keçmiş hərbçilərimizin hər birinə, Şəhid ailələrinə verilən böyük qiymətdir. Allah Sizdən razı olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*