Hərbi Liseydə insident: həbs olunan varbackend

Hərbi Liseydə insident: həbs olunan var

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə insident yaradan şəxs həbs olunub.

KONKRET.az Xitab24.az-a istinadla xəbər verir ki, hadisə liseydə keçirilən tədbir zamanı baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü şəxs iştirakı nəzərdə tutulmadığı halda tədbirə qatılmaq üçün Hərbi liseyin ərazisinə daxil olmağa cəhd edib, bu səbəbdən də mühafizəçilər tərəfindən ona icazə verilmədiyinə görə səs-küy salaraq, ictimai qaydanı kobud şəkildə pozub.

Şəxs barəsində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən, 4 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*