Ermənistan parlamentinin sədri Alen Simonyanın təşəbbüsü ilə 44 günlük müharibə zamanı itkin düşən və əsir götürülən erməni hərbçilərinin yaxınlarının iştirakı ilə qapalı müzakirə keçirilib.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, iclasda Ermənistan parlamentinin hər üç fraksiyasının üzvləri, eləcə də yüksək rütbəli şəxslər iştirak ediblər. Müzakirələrin nəticələrinə əsasən, hərbi qulluqçuların qohumlarının da 2020 -ci ilin sentyabr ayında başlayan hərbi əməliyyatların şərtlərinin öyrənilməsi üzrə istintaq komissiyasının işində iştirakına qərar verilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
