Həriri kömək istədi: “Türkiyə yardım etsin, ölkəni itirə bilərik”backend

Həriri kömək istədi: "Türkiyə yardım etsin, ölkəni itirə bilərik"

Regionda və Livandakı sünni-şiə gərginliyi ya sabitlik, ya da vətəndaş müharibəsinə səbəb olacaq.

KONKRET.az xəbər verir ki, bu sözləri Livanın “Gələcək Hərəkat” birliyinin rəhbəri Əhməd Həriri deyib.

O bildirib ki, İranın İraqdakı təsiri də Livanın inkişafına əngəl olan amillərdəndir:

“Yaşadığımız regionda problemlərin səbəbi İran olmuşdur. Sünni-şiə gərginliyindən uzaq olmalıyıq, əks-halda ölkələrimiz məhv olacaq. Livan digər tərəfdən də İranla bağlılığı olan Hizbullahla mübarizə aparır. Xüsusilə Livanın şimalı hər mənada təhlükədədir. Bu bölgəyə yardım etməsək, Mosulun İŞİD-in əlinə keçməsi kimi, Şimali Livanı da itirə bilərik”, – deyə Həriri bildirib.

O əlavə edib ki, regiondakı proseslərin həlli ilə bağlı Türkiyənin üzərinə böyük məsuliyyət düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*